22:56 16-10-2021
news_image
146
FUTBOL

Premyer Liqa tarixinin ilk braziliyalısı

İngiltərə Premyer Liqasının VIII turu “Liverpul”un hücumçusu Roberto Firmino üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard het-triklə komandasının 5:0 hesablı qələbəsinin qəhrəmanına çevrilib.

Braziliya millisinin üzvü Premyer Liqa karyerasında ikinci dəfə het-trik müəllifi olub. Firmino ilk dəfə 2018-ci il “Arsenal”la görüşdə bunu bacarıb. Bununla o, İngiltərə çempionatında birdən çox het-trikə imza atan ilk braziliyalı kimi tarixə düşüb.

Qeyd edək ki, Roberto Firmino 2015-ci ildən “Liverpul”un formasını geyinir.