18:58 16-10-2021
news_image
210
FUTBOL

Qəbələdə dava düşdü: oyundan sonra qırmızı vərəqə

Azərbaycan Premyer Liqasının VII turunda keçirilən "Qəbələ" - "Zirə" oyunundan sonra qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, Qəbələdə baş tutan qarşılaşmadan dərhal sonra futbolçular arasında mübahisə düşüb.

Final fiti ilə birlikdə bakılıların müdafiəçisi Dmitrios Çantaikasa kəllə vuran "Qəbələ"nin yarımmüdafiəçisi Ehtiram Şahverdiyev birbaşa qırmızı vərəqə alıb. Onunla mübahisəyə girişən Çantaikas isə "sarı"ya qonaq olub. Futbolçular, xüsusən də, Şahverdiyevi sakitləşdirməkdə çətinlik çəkiblər.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.