23:37 16-10-2021
news_image
251
FUTBOL

“Mançester Yunayted”in 7 illik seriyası qırıldı

İngiltərə Premyer Liqasının VIII turunda “Lester”in qonağı olan “Mançester Yunayted” meydanı 2:4 hesablı məğlubiyyətlə tərk edib.

Apasport.az saytının məlumatına görə, bununla “qırmızı şeytanlar”ın uzunmüddətli seriyası qırılıb.

Belə ki, “mankunianlar” 2014-cü ildən bəri ilk dəfə Premyer Liqada “Lester”ə səfərdə yenilib. Bunadək son 7 il ərzində Lesterdə baş tutan 6 matçın 3-də qonaq komanda qalib gəlib, 3 dəfə isə bərabərlik qeydə alınıb.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 14 xalla 5-ci, “Lester” isə 11 xalla 11-ci pillədə qərarlaşır.