19:34 17-10-2021
news_image
147
FUTBOL

Millimizin futbolçusu koronavirusa yoluxdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Nərgiz Hacıyeva komandadan uzaqlaşdırılıb.

Buna səbəb "Hakkarigücü" klubunun üzvünün Türkiyədə verdiyi COVID-19 testinin pozitiv nəticələnməsidir. O, Monteneqro və Maltaya qarşı matçları buraxmalı olacaq.

Qeyd edək ki, yığmamız oktyabrın 21-də səfərdə Monteneqro, 26-da isə Bakıda Malta ilə qarşılaşacaq.