20:20 17-10-2021
news_image
112
FUTBOL

A seriyasında 3-cü baş məşqçi istefası

“Salernitana” klubu baş məşqçisi Fabritsio Kastorini istefaya göndərib.

Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın A seriyasının ilk 8 turunda uğursuz çıxış etməsi olub.

Dünən “Speziya”ya da 1:2 hesabı ilə məğlub olan elitanın debütantı Kastori ilə yollarını ayırmaq qərarına gəlib. Bu, cari mövsüm A seriyasında üçüncü baş məşqçi istefası olub. Kastoriyə qədər Leonardo Sempliçi (“Kalyari”) və Eusebio Di Françesko (“Verona”) da vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Kastori ötən ilin yayında “Salernitana”nın baş məşqçi postuna təyin olunub. Komanda 1999-cu ildən sonra ilk dəfə məhz onun rəhbərliyi altında A seriyasına vəsiqə qazanıb. 8 turdan sonra isə debütant aktivindəki 4 xalla sonuncu pillədə qərarlaşır.