09:38 18-10-2021
news_image
125
FUTBOL

Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Sona Rəhimova Türkiyədəki çıxışını davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı oyunçu qardaş ölkədə komandasını dəyişib.

O, “Yukatel Kayserispor”dan “Kayseri Gənclərbirliyi” klubuna keçib. Kayseri təmsilçisi yeni mövsüm öncəsi yarımmüdafiəçinin keçidini rəsmi saytı vasitəsilə açıqlayıb. Rəhimova artıq yeni komandası ilə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, Sona Rəhimova millimizin dünya çempionatının seçmə mərhələsində oktyabrın 21-də Monteneqro və 26-da Malta ilə keçiriləcək oyunlarına çağırılıb.