10:27 18-10-2021
news_image
161
FUTBOL

Qəhrəman Əliyev vəziyyəti ağırlaşıb

Ötən ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev hələ komadan ayılmayıb.

Apasport.az saytının məlumatına görə, 11 aydır yataq xəstəsi olan tanınmış məşqçinin beyin insultu keçirməsi bəllidir.

Bunun nəticəsində atrofiya keçirən mütəxəssisin səhhəti son günlər daha da ağırlaşıb. Şəkər və qan təzyiqi Əliyevin durumuna mənfi təsir göstərməkdədir.

Hərəkətsizlik ucbatından bədənin müxtəlif nahiyələrində yaranmış yaralar da ona əziyyət verməkdədir. Həkimlər artıq hər şeyi möcüzəyə buraxıb.

Xəstə ara-sıra gözlərini açsa da, heç kimi tanımır və heç nəyə reaksiya vermir.