12:23 18-10-2021
news_image
171
DİGƏR NÖVLƏR

Dünya çempionatında 2 və daha artıq medal qazanan güləşçilərimiz - ADLAR

Müstəqil ölkə kimi iştirak etdiyimiz dünya çempionatlarında 2 və daha artıq medal qazanan yunan-Roma güləşçilərimizin adları açıqlanıb.

Apasport.az saytının Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, Norveçin paytaxtı Osloda baş tutan son mundialda daha bir güləşçimiz siyahıya qoşulub.

Bu, 82 kq çəki dərəcəsində qızıl medal qazanan Rafiq Hüseynovdur. Hüseynovun əvvəldən dünya ikinciliyi də var idi. Adıçəkilən yarışda bürünc əldə edən Eldəniz Əzizli isə dünya çempionatlarındakı medal sayını 3-ə çatdırıb.

Ümumilikdə 9 güləşçi arasında 4 medalla Rövşən Bayramov siyahıya başçılıq edir. Medalların əyarına görə isə Fərid Mansurov (2 qızıl) hamıdan öndədir.

Rövşən Bayramov (4 medal) – 1 qızıl, 2 gümüş, 1 bürünc
Fərid Mansurov (3) – 2 qızıl, 1 gümüş
Rəsul Çunayev (3) – 1 qızıl, 2 bürünc
Eldəniz Əzizli (3) - 1 qızıl, 2 bürünc
Saman Təhmasibi (3) – 2 gümüş, 1 bürünc
Rafiq Hüseynov (2) – 1 qızıl, 1 gümüş
Həsən Əliyev (2) – 1 qızıl, 1 bürünc
Vitali Rəhimov (2) – 2 bürünc
Elvin Mürsəliyev (2) – 2 bürünc