13:41 18-10-2021
news_image
145
FUTBOL

Millimizin futbolçusu Prezident İlham Əliyevin Füzulidəki görüşündə iştirak etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Apasport.az saytının məlumatına görə, tədbirdə Memorial Kompleksin və şəhərin bərpasının təməl daşı qoyulub.

Görüşdə iştirak edənlər arasında Füzulidən olan Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Qara Qarayev də olub.

Tədbirdə çıxış edən ölkə başçısı azad edilmiş torpaqlarda Füzulinin işğaldan azad olunmasının birinci ildönümünü qeyd etdiklərini söyləyib.