14:30 18-10-2021
news_image
86
FUTBOL

Hakimi: “Tərzim onların oyunundan daha az seksual görünür”

“Bavariya”nın müdafiəçisi Benjamin Pavar maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü eyni mövqedə oynayan Əşrəf Hakimi (PSJ) ilə Trent Aleksander-Arnoldu (“Liverpul”) özü ilə müqayisə edib.

25 yaşlı sağ cinah oyunçusu özünü onlardan üstün hesab edir: “Bəlkə də, kağız üzərində tərzim Hakimi və Arnoldun oyunundan daha az seksual görünür. Amma müdafiədə onlardan daha yaxşıyam. Kifayət qədər güclü olmasaydım, Fransa millisinin əsas müdafiəçisi olmazdım”.

Qeyd edək ki, Benjamin Pavar cari mövsüm 4 oyun keçirib, 1 məhsuldar ötürmə verib. O, sentyabrın ortalarına qədər zədədən əziyyət çəkib.