22:50 18-10-2021
news_image
178
FUTBOL

“Liverpul”u arzulayır

“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç İtaliyanı tərk etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Serbiya millisinin üzvü karyerasını İngiltərədə davam etdirmək barədə düşünür.

Buna səbəb “Liverpul”un 26 yaşlı oyunçu ilə ciddi maraqlanmasıdır. Böyük klublardan birində oynamağı arzulayan Sergey özü də Premyer Liqa təmsilçisinə müsbət yanaşır. İtaliya nəhənglərinin də maraq dairəsində olan orta sahə oyunçusunun transfer qiyməti 70 milyon avroya bərabər göstərilir.

Qeyd edək ki, Sergey Milinkoviç-Saviçin “Latsio” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.