00:00 19-10-2021
news_image
116
FUTBOL

“Real” Azarı Premyer Liqa klubuna təklif edir

Eden Azarın yenidən zədələnməsi “Real” rəhbərliyini qəzəbləndirib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi artıq Belçika millisinin üzvündən qurtulmağın yollarını axtarır.

“Kral klubu”na keçdiyi vaxtdan bəri daha çox zədələrlə “boğuşan” 30 yaşlı oyunçunu “Liverpul”a təklif etmək qərarına gəlib. İspanlar bunun qarşılığında müəyyən məbləğdə pul və rəqibin hücumçuları Məhəmməd Salahla Sadio Manedən birini istəyəcək.

Qeyd edək ki, 2019-cu ildə “Çelsi”dən alınan Eden Azar bu günlərdə yenidən zədələndiyi üçün komandasının qarşıdakı matçlarını buraxacaq.