23:16 18-10-2021
news_image
124
FUTBOL

“Barselona” argentinalı futbolçunu istəyir

“Velez Sarsfild”in yarımmüdafiəçisi Tyaqo Almada Avropaya köçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, hücumameyilli futbolçu “Barselona”nın transfer gündəmindədir.

Maliyyə baxımdan ciddi problem yaşayan Kataloniya təmsilçisi bu səbəbdən yalnız gənc oyunçularla rəqabəti artırmağı düşünür. Perspektivli oyunçular axtarışında olan La Liqa klubu Argentinanın gələcək ulduzlarından sayılan Tyaqo üçün qarşı tərəflə danışıqlara başlayıb.

Futbolçu “Atletiko”nun da maraq dairəsində olmasına baxmayaraq, “Barselona” bu mübarizədə bir addım öndə göstərilir. “Velez Sarsfild” isə 20 yaşlı pleymeykeri 13 milyon avroya satmağa hazırdır.