21:19 18-10-2021
news_image
130
FUTBOL

İspaniya - Azərbaycan matçının tarixi açıqlandı

Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı D qrupunun təqvimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, millimiz mübarizəyə yanvarın 22-də start verəcək.
 
22 yanvar, Qroningen
Gürcüstan – Azərbaycan
İspaniya – Bosniya və Herseqovina

26 yanvar, Qroningen
İspaniya – Azərbaycan
Bosniya və Herseqovina – Gürcüstan

29 yanvar, Amsterdam
Azərbaycan - Bosniya və Herseqovina
Gürcüstan - İspaniya