09:03 19-10-2021
news_image
167
FUTBOL

Canni de Byazidən mundialın iki ildən bir keçirilməsinə münasibət

“Dünya çempionatının iki ildən bir təşkili futbolçuların çox oyun keçirmələrinə yol açır. Bunun tamaşaçı baxımından nə qədər faydalı olduğunu deyə bilmərəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında FİFA prezidenti Canni İnfantinonun mundialın iki ildən bir keçirilməsi təklifinə münasibət bildirib. 65 yaşlı çalışdırıcı qısa açıqlamasında bunun hər hansı mənfi təsirinin olmayacağını düşünür: “Futbolçu karyerası ərzində özünü necə idarə etməli olduğunu bilirsə, ömür boyu ondan stabil faydalana bilər və istirahət üçün də çox vaxt tapar”.

Qeyd edək ki, FİFA bu gün və oktyabrın 21-də mundialın iki ildən bir keçirilməsi ilə bağlı üzv ölkələrin yığma komandalarının baş məşqçiləri ilə onlayn iclas keçirəcək.