10:33 19-10-2021
news_image
180
FUTBOL

Azərbaycanda çalışmış məşqçi Gürcüstan tarixinin rəmzi “11-liy”ində

Gürcüstan futbol tarixinin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) gürcüstanlıların simvolik “11-liy”ini müəyyənləşdirib.

2010-cu ildə ölkəmizdə “Turan Tovuz”da məşqçi kimi fəaliyyət göstərmiş Revaz Dzodzuaşvili də Gürcüstan tarixinin ən yaxşıları sırasına düşüb. 4-3-3 sxeminə uyğun qurulan komandanın əksəriyyəti keçmiş SSRİ dönəmində çıxış edənlərdir.

Qapıçı: Anzor Kavazaşvili;
Müdafiəçilər: Aleksandre Çivadze, Murtaz Xurtsilava, Revaz Dzodzuaşvili, Kaxa Kaladze;
Yarımmüdafiəçilər: Tengiz Sulakvelidze, David Kipiani, Vitali Daraseliya;
Hücumçular: Slava Metreveli, Boris Payçadze, Mixeil Mesxi.