11:00 19-10-2021
news_image
81
FUTBOL

Premyer Liqa klublarında təcili iclas

İngiltərə Premyer Liqa klubları təcili iclas keçirib.

Apasport.az saytının məlumatına görə, elita təmsilçiləri Səudiyyə Ərəbistanı dövlət investisiya fondunun “Nyukasl”ı almasından narahatlığını dilə gətiriblər.

20 klubdan 18-nin nümayəndəsi klubların sahibləri ilə əlaqəli şirkətlərlə şübhəli şəkildə çox gəlirli sövdələşmələrin qarşısını almağa kömək edəcək qaydaların tətbiq olunmasını tələb edib. Yalnız “Nyukasl” maliyyə qaydalarının dəyişdirilməsinin əleyhinə səs verib. “Mançester Siti” isə bitərəf qalıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı dövlət investisiya fondu “Nyukasl”ın səhmlərini 300 milyon funt-sterlinqə alıb.