11:06 19-10-2021
news_image
101
FUTBOL

Əliyar Ağayev Çexiyada oyun idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Apasport.az saytının məlumatına görə, o, Konfrans Liqasının qrup mərhələsinin III turunda iş başında olacaq.

Ağayev “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) qarşılaşmasında ədaləti qoruyacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, oyun oktyabrın 21-də Çexiyada keçiriləcək.