17:10 19-10-2021
news_image
247
FUTBOL

“Qarabağ”dan xal almağın mükafatı – 500 manat

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov komanda üzvlərini mükafatlandırıb.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri “Qarabağ”la matçda qeydə alınan bərabərliyə (1:1) görə futbolçulara jest edib.

O, Premyer Liqanın cari mövsümündə qazanılan ilk xal münasibətilə hər futbolçuya 500 manat ödəyib. Adətən, “Keşlə”də heç-heçəyə görə “ənam” verilmir. Bu istisna yalnız “Qarabağ”la qarşılaşmalara aiddir (sportinfo.az).