23:30 19-10-2021
news_image
219
FUTBOL

Arsen Vengerdən yeni təklif - balanslaşdırılma

“Gələcəkdə futbolu necə inkişaf etdirəcəyimizi düşünürəm. Beynəlxalq matç təqvimi klub futbolu ilə milli futbolu arasındakı tarazlığı təyin edir”.

Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın qlobal futbolun inkişafı departamentinin rəhbəri Arsen Venger deyib.

Fransalı mütəxəssis klub və milli matçlarının balanslaşdırılması üçün yeni təkliflə çıxış edib: “Klubla yığma oyunları arasında balans 80-nin 20-yə nisbətindədir və bu şəkildə qalmasını istəyirik. Ancaq hazırkı format artıq işləmir, köhnəlib. Səyahət edən oyunçuların sayını azaltmaq üçün milli fasilələrin daha az, lakin uzunmüddətli olmasının performansları da optimallaşdıracağını düşünürəm. Bu, azarkeşlər üçün də təqvimi asanlaşdıracaq. Bu dəyişiklik təqvimə yeni oyunlar əlavə etmədən iyunda mənalı finallar üçün zəmin formalaşdıracaq. Eyni zamanda oyunçular üçün məcburi istirahət müddəti də tətbiq etmək olar”.

Qeyd edək ki, Arsen Venger bu gün FİFA-ya üzv olan ölkələrin milli komandalarının baş məşqçiləri ilə onlayn iclas keçirib.