17:38 19-10-2021
news_image
937
FUTBOL

Mahir Emreli Lukas Podolski ilə birgə uğursuzların komandasına salındı - FOTO

Polşa Ekstraklasasında XI turun ən uğursuz futbolçularından ibarət simvolik komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Weszlo” nəşrinin hazırladığı rəmzi “11-lik”də “Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emreli də yer alıb.

24 yaşlı forvard geridə qalan turda “Lex”ə 0:1 hesabı ilə məğlub olduqları matçda start heyətində meydana girsə də, 65-ci dəqiqədə əvəzlənib. Emreli uğursuz “11-liy”ə düşən yeganə “Legiya”lı kimi diqqət çəkib.

Maraqlıdır ki, zəiflərdən ibarət simvolik komandanın hücum xəttində millimizin üzvünə “Qurnik”də çıxış edən Almaniya millisinin keçmiş oyunçusu Lukas Podolski tərəfdaşlıq edib.

Qeyd edək ki, Mahir Emreli bu mövsüm “Legiya”nın heyətində bütün turnirlərdə keçirdiyi 20 oyunda 10 qol vurub, 1 məhsuldar ötürmə verib. O, Polşa çempionatında isə 8 görüşdə 2 dəfə fərqlənib.