19:53 19-10-2021
news_image
249
DİGƏR NÖVLƏR

Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib.

Bu barədə APA-ya tanınmış jurnalistin qardaşı Rəşad Şükürov məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu “Yeni Klinika”da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu.

"Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov APA-ya məlumatı təsdiqləyib.

"Yeni Klinika"nın yaydığı açıqlamada isə bildirilib ki, həkimlərin səyinə baxmayaraq, Elnur Əşrəfoğlu koronavirus səbəbindən vəfat edib.

Allah rəhmət etsin!