09:01 20-10-2021
news_image
122
FUTBOL

Vaqner Lav Bakıya gəlir - bombardir sual altında

Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la qarşılaşacaq “Kayrat” Bakıya yola düşüb.

Apasport.az saytının məlumatına görə, Qazaxıstan təmsilçisi artıq ölkəni tərk edib.

Dünən “Qarabağ”la matçı buraxacağı açıqlanan Vaqner Lavın da səfərə yollanan heyətdə yer aldığı bildirilib. Yerli mətbuat həkimlərin 37 yaşlı braziliyalı forvardı matça yetişdirməyi bacardığını yazıb. Tanınmış hücumçu sabah baş məşqçi Kurban Berdiyevin sərəncamında olacaq.

Əvəzində 12 qolla komandanın ən məhsuldar futbolçusu olan Artur Şuşenaçev zədələnib. Ayağında ağrılar hiss edən hücumçunun qarşılaşmada iştirakı sual altına düşüb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” görüşü saat 20:45-də başlayacaq.