09:23 20-10-2021
news_image
242
FUTBOL

Fransalı hücumçu Azərbaycandan təklif aldığını açıqladı

Fransalı futbolçu Matias Kuryer Azərbaycandan təklif alıb.

Apasport.az saytının məlumatına görə, bunu 33 yaşlı hücumçu özü açıqlayıb.

Martiniki adasından olan, hətta Martiniki yığmasında da çıxış etmiş Kuryer yay fasiləsində ölkəmizə yollanmaq variantının olduğunu söyləyib. Lakin o, Hindistana yollanaraq “Nort-İst Yunayted”lə müqavilə bağlamağı üstün tutub: “Azərbaycan, Cənubi Amerika, Rumınya və Bolqarıstandan təkliflər aldım. Cənubi Amerika, Afrika və ya Asiyaya yollanmaq istəyirdim. Çünki yenilik görmək arzusunda idim. Hindistan variantı da cəlbedici oldu”.

Qeyd edək ki, “Havr” klubunun yetirməsi olan Matias Kuryerin Hindistana yollanmazdan əvvəl son klubu “Samsunspor” olub.