09:42 20-10-2021
news_image
107
FUTBOL

Yığmamızın sabiq baş məşqçisi Almaniyanın rəmzi komandasında

Almaniya millisinin tarixinin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dördqat dünya çempionlarının üç simvolik “11-liy”ini müəyyənləşdirib.

Zəngin tarixə malik komandanın A, B və C yığmaları bəlli olub. Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts B komandasının müdafiə xəttində göstərilib.

Onunla yanaşı, Oliver Kan, Yurgen Klinsmann, Mattias Zammer ikinci, Manuel Noyer, Filipp Lam, Mixael Ballak, Miroslav Kloze isə üçüncü heyətə düşə bilib.

A yığması (4-3-3)
Qapçı:
Zepp Mayer;
Müdafiəçilər: Frans Bekkenbauer, Pol Breytner, Manfred Kalts, Andreas Breme;
Yarımmüdafiəçilər: Lotar Matteus, Günter Netzer, Volfqanq Overat;
Hücumçular: Frits Uolter, Gerd Müller, Karl-Hayins Rummenigge
 
B yığması (4-4-2)
Qapıçı:
Oliver Kan;
Müdafiəçilər: Mattias Zammer, Yurgen Kohler, Berti Foqts, Karl-Hayns Şnellinger;
Yarımmüdafiəçilər: Tomas Hesler, Rayner Bonhof, Bernd Şuster, Pyerr Littbarski;
Hücumçular: Uve Zeeler, Yurgen Klinsmann

C yığması (4-4-2)
Qapıçı:
Manuel Noyer;
Müdafiəçilər: Uli Stielike, Karl-Hayns Forster, Filipp Lam, Hans-Peter Briegel;
Yarımmüdafiəçilər: Ştefan Effenberq, Bastian Şvaynştayger, Andreas Möller, Mixael Ballak;
Hücumçular: Rudi Völler, Miroslav Kloze