10:27 20-10-2021
news_image
167
FUTBOL

FİFA dünya çempionatının 2 ildən bir keçirilməsi ilə bağlı AFFA-ya sənəd göndərdi

FİFA dünya çempionatını iki ildən bir keçirmək niyyətində olduğunu bildirən sənədləri milli federasiyalara təqdim edib.

Apasport.az saytının məlumatına görə, dəyişikliklərin 2026-cı ildəki mundialdan sonra qəbul edilməsi təklif olunub.

FİFA-nın məktubunda yeni təqvimin yığmalar üçün faydalarından da bəhs edilir. Buna əsasən futbolçular ildə 50 yox, 30 gün milli komandalarda keçirəcəklər.

Ali futbol qurumu dünya çempionatının seçmə mərhələlərində matçların sayını azaltmağı da təklif edib. Turnirin seçmə mərhələsi maksimum 7 matçdan ibarət olacaq. Bu, ildə iki dəfə - mart və oktyabr aylarında keçirilməsinə imkan verəcək.

Plana əsasən, dörd il ərzində Avropa yığmalarının ümumi oyun sayı 44-dən 43-ə, Cənubi Amerika komandalarında isə bu say 38-dən 34-ə endiriləcək.

Qeyd edək ki, növbəti dünya çempionatı gələn il 21 noyabr - 18 dekabr aralığında Qətərdə keçiriləcək.