11:19 20-10-2021
news_image
82
FUTBOL

Çempionlar Liqasında 100 oyuna çatan 41-ci futbolçu

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turu “Real”ın futbolçusu Marselo üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Donetsk “Şaxtyor”u ilə səfər matçı braziliyalının yubiley görüşü kimi yadda qalıb.

2007-ci ildən “kral klubu”nun şərəfini qoruyan 33 yaşlı sol cinah müdafiəçisi 69-cu dəqiqədə meydana daxil olaraq Çempionlar Liqasındakı oyun sayını 100-ə çatdırıb. Bu müddətdə o, aktivinə 9 qol yazdırıb.

Bununla Marselo ÇL-də 100 oyun səddinə çatan 41-ci futbolçu olub. O, Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko ilə birlikdə 40-cı yeri bölüşür.

Qeyd edək ki, “Şaxtyor” – “Real” oyunu ispanların 5:0 hesablı qələbəsi ilə nəticələnib.