12:39 20-10-2021
news_image
150
FUTBOL

“Qarabağ” – “Kayrat” oyununa nə qədər bilet satılıb?

Konfrans Liqasının qrup mərhələsinin III turunda keçiriləcək “Qarabağ” – “Kayrat” oyununa bilet satışı davam edir.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, satışa çıxarılan biletlərdən artıq 13 mini alınıb. Yalnız 2000 bilet satılmayıb. Onların da matç saatına qədər satılması gözlənilir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Qeyd edək ki, sabah keçiriləcək görüş saat 20:45-də start götürəcək.