12:53 20-10-2021
news_image
237
FUTBOL

"Kayrat"la matçın "Tofiq Bəhramov"a salınmasının SƏBƏBİ

“Tofiq Bəhramov adına Respublika Stadionunun meydançası pis görünmür”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

49 yaşlı mütəxəssis Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat”la ev matçının mərkəzi arenaya salınmasının səbəbini belə izah edib: “Hər iki komanda burada məşq edərsə, qazon yaxşı durumda olmaya bilər. Qazon daha da yaxşılaşır. Açığı, bu qədər yaxşı olacağını gözləmirdim. Hələ tam hazır deyil”.

Qeyd edək ki, sabah keçiriləcək görüş saat 20:45-də başlayacaq.