13:26 20-10-2021
news_image
172
FUTBOL

Ronaldoya çatdı, Romarionu qabaqladı, Peleyə yaxınlaşdı - Messi

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turunda “Leypsiq” üzərində 3:2 hesablı qələbə qazanan PSJ-nin heyətində dubl edən Lionel Messi daha bir rekordda Kriştiano Ronaldoya çatıb.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi argentinalı superulduzun ÇL-də qol vurduğu 37-ci komanda olub. O, artıq Ronaldo ilə rekordu bölüşür. 

Ən nüfuzlu klub turnirində ikinci dəfə Panenka tipli penaltidən fərqlənən Messi peşəkar karyerasında vurduğu ümumi qolların sayını isə 755-ə çatdırıb. Əfsanəvi braziliyalı Romarionu (753) geridə qoyan 34 yaşlı oyunçu bütün dövrlərin ən məhsuldar 3-cü oyunçusu ünvanını ələ keçirib. O, daha 10 qol vuracağı təqdirdə digər braziliyalı Peleyə (765) çatacaq.

Bu baxımdan rekord isə yenə Kriştiano Ronaldoya məxsusdur – 794 qol.