13:42 20-10-2021
news_image
129
FUTBOL

Klubun tarixinə düşdü, yeni müqaviləyə hazırlaşır

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Atletiko” üzərində səfər qələbəsini memarı olan “Liverpul”un hücumçusu Məhəmməd Salahla yeni müqavilə imzalanacaq.

Apasport.az saytının məlumatına görə, rəhbərlik İspaniyadakı qarşılaşmada dubla imza atan misirli forvardla danışıqlarını intensivləşdirib.

“Qırmızılar” 29 yaşlı ön xətt oyunçusuna 2025-ci ilin yayına qədər nəzərdə tutulan yeni saziş təklif edib. Salah müsbət cavablandırsa, illik məvacibi 20 milyon avroya qaldırılacaq. Onun hazırkı anlaşması 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Məhəmməd Salah “Atletiko” ilə matçda Çempionlar Liqasında ən çox qol vuran “Liverpul”lu kimi tarixə düşüb. 48 oyunda 31 dəfə fərqlənən ulduz futbolçu komandanın əfsanəvi kapitanı Stiven Cerrardın (30 qol) rekordunu yeniləyib.