14:13 20-10-2021
news_image
142
FUTBOL

“Nyukasl” baş məşqçisini qovdu, namizədləri müəyyənləşdirdi

“Nyukasl” baş məşqçisi Stiv Bryusla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, Premyer Liqa klubu rəsmi saytı vasitəsilə 60 yaşlı mütəxəssisin istefaya göndərildiyini bəyan edib.

“Sağsağanlar”da bu posta namizədlər də artıq məlumdur. Klubun yeni rəhbərliyi Antonio Konte, Zinəddin Zidan, Frenk Lempard və Andrea Pirlo arasında seçim etməyi düşünür. Bryus isə 8 milyon avro təzminat haqqı alacaq.

Qeyd edək ki, “Nyukasl” hazırda 3 xalla Premyer Liqada 19-cu pillədə qərarlaşıb.