23:37 20-10-2021
news_image
120
FUTBOL

Tuxel “Çelsi”nin Halandla danışıq apardığını təsdiqlədi

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandla maraqlandıqlarını etiraf edib.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis gənc forvardı yay fasiləsində heyətə qatmağa cəhd etdiklərini vurğulayıb.

O, Norveç millisinin üzvünü mövsümün sonunda almaq perspektivinə də toxunub: “Halandla yay fasiləsi də daxil olmaqla bir neçə dəfə danışdıq. Ancaq sonra bunun real olmadığını gördük. Əlbəttə ki, onun haqqında müntəzəm olaraq danışırıq. Çünki Çempionlar Liqasında Dortmund “Borussiya”sının fantastik oyunçusu və əsas fiqurudur. Lukaku ilə Halandı növbəti mövsüm hücum xəttində düşünürəmmi? İndiyə qədər bunu ciddi müzakirə etməmişik. Görək önümüzdəki bir neçə həftədə nələr olacaq”.

Qeyd edək ki, Erlinq Haland “Çelsi” ilə yanaşı, demək olar ki, bütün Avropa nəhənglərinin maraq dairəsindədir.