15:07 20-10-2021
news_image
259
FUTBOL

“Omoniya” rəsmisi: “Müsbət nəticə “Qarabağ”a məğlubiyyəti sığortalayacaq”

“Bazel” kimi böyük komandaya qarşı belə gözəl atmosferdə oynamağımız sevindiricidir”.

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya” rəsmisi Andreas Dimitriu deyib.

Konfrans Liqasında “Qarabağ”la eyni qrupda yer alan Kipr təmsilçisi sabah III tur çərçivəsində İsveçrədə “Bazel”in qonağı olacaq. Dimitriu ötən turda doğma arenada Azərbaycan təmsilçisinə 1:4 hesablı məğlubiyyəti unutdurmağa çalışacaqlarını söyləyib: “Sabahkı görüşdə müsbət nəticə “Qarabağ”a məğlubiyyəti sığortalayacaq və bizi əvvəlki vəziyyətə qaytaracaq. Meydançaya qələbə qazanmaq üçün çıxacağıq”.

Qeyd edək ki, sabah qrupun digər oyununda “Qarabağ” “Kayrat”ı qəbul edəcək.