15:55 20-10-2021
news_image
246
FUTBOL

Millimiz İtaliyada darmadağın oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə start verib.

Apasport.az saytının məlumatına görə, yığmamız bu gün ilk oyununu keçirib.

İtaliyada baş tutan birinci qarşılaşmada rəqib Norveç olub. Şimali irlandiyalı Luiza Tomsonun idarə etdiyi görüş millimizin biabırçı hesablı məğlubiyyəti ilə yekunlaşıb. 7 cavabsız qolla qalib gələn Norveç darmadağına sevinib.

Komandamız oktyabrın 23-də İtaliya, 26-da isə Polşa ilə qarşılaşacaq.

Avropa çempionatının seçmə mərhələsi
7-ci qrup, I tur
Norveç – Azərbaycan – 7:0

Qollar: Sinne Bronstad, 1, 26 (pen.), Katinka Tandberq, 35, Kristina Svandal, 74, 80, Jüli Jorde, 78, İris Omarsdottir, 83 (pen.)
Padova, “Kampo Masera” stadionu