16:13 20-10-2021
news_image
194
FUTBOL

37 yaşlı qapıçı ilki reallaşdırdı

“Ayaks”ın qapıçısı Remko Pasver qeyri-adi rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper buna Çempionlar Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə matçda nail olub.

III tur qarşılaşmasında rəqibin hücumçusu Erlinq Halandın çərçivəyə ünvanladığı 3 zərbənin hamısını dəf edən Pasver norveçli forvarda keçid imkanı verməyən ilk qolkiper olub. Ona qədər heç bir qapıçı hansısa oyunda Halandın 3 zərbəsini qaytara bilməmişdi.

Qeyd edək ki, “Ayaks” “Borussiya”nı 4:0 hesabı ilə məğlub edib.