22:56 20-10-2021
news_image
118
FUTBOL

“Liverpul”un Çempionlar Liqasında qolçuları

Çempionlar Liqasında (ÇL) mövsümə 3 qələbə ilə başlayan “Liverpul”da hücumçu Məhəmməd Salah “Atletiko” ilə son matçda rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, səfərdə dublla komandasına 3:2 hesablı qələbə qazandıran misirli forvard “qırmızılar”ın heyətində ÇL-də qol sayını 31-ə çatdıraraq tarixə düşüb.

29 yaşlı oyunçu əfsanəvi kapitan Stiven Cerrardı geridə qoyaraq, klubun ən nüfuzlu turnirdəki yeni bombardiri ünvanını ələ keçirib.

Maraqlıdır, “Liverpul”un Çempionlar Liqasındakı ən məhsuldar digər futbolçuları kimlərdir?

1. Məhəmməd Salah - 31 qol
2. Stiven Cerrard - 30
3. Sadio Mane - 20
4. Roberto Firmino - 18
5. Yan Raş - 14
6. Dirk Kuyt - 12
7. Terri Makdermott - 12