17:26 20-10-2021
news_image
1240
FUTBOL

Ruslan Abışova Premyer Liqada yeni müştəri – YALNIZ BİZDƏ

“Zirə”nin müdafiəçisi Ruslan Abışov yenidən komandasını dəyişə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, millimizin sabiq üzvü Premyer Liqada başqa bir klubun maraq dairəsinə düşüb.

Mərkəz müdafiəçisi Höccət Haqverdinin “Neftçi”nin transfer gündəmində olması “Sumqayıt”ı bu mövqeyə yerli oyunçu axtarışına vadar edib ki, “gənclik şəhəri” təmsilçisinin siyahısında məhz Abışovun da adı var.

Yay fasiləsində “Sabah”dan “Zirə”yə keçən 34 yaşlı futbolçu ilk 7 turun 6-da ehtiyatda qalıb, yalnız 4-cü turda məhz “Sabah”a qarşı son 9 dəqiqəni meydançada keçirib. Yeni komandasındakı durumundan heç də məmnun olmayan Ruslan özü də oynaya biləcəyi kluba keçməkdə maraqlıdır. Bu mənada onun qış fasiləsində “Sumqayıt”a keçidi istisna deyil.

“Kimyaçılar” “Neftçi”nin yetirməsi ilə anlaşa bilsə, “Zirə” də onun mövsümün sonuna qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verməyə qarşı çıxmayacaq.