18:45 20-10-2021
news_image
468
FUTBOL

Kurban Berdıyev: "Qarabağ"la görüşə ümidlə baxırıq"

"Biz heç-heçə üçün gəlməməmişik. Sabahkı matçda bizə mütləq qələbə lazımdır".

Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin lll tur oyunundan əvvəl mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis oyun taktikası barədə danışmaq istəmədiyini söyləyib: "Sabahkı oyun maraqlı olacaq. "Qarabağ"ın Azərbaycan klubları arasında lider olduğunu bilirik. Bu rəqiblə görüşə ümidlə baxırıq".

Berdıyev təcrübəli futbolçu Vaqner Lavın durumuna aydınlıq gətirib: "Bazel"lə görüşdə zədələnib və bu səbəbdən cəmi 2-3 məşqə qatılıb. Onun sabah meydana çıxmaq şansı var".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.