00:34 21-10-2021
news_image
130
FUTBOL

Mançester klubları ispana görə rəqib oldu

“Leypsiq”in yarımmüdafiəçisi Dani Olmo karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumarına görə, İspaniya millisinin üzvü uğrunda Mançester klubları mübarizəyə qoşulub.

“Barselona”nın transfer gündəmində olan Olmo üçün “Mançester Yunayted” və “Mançester Siti” də Bundesliqa təmsilçisi ilə danışıq aparmağa hazırdır. Lakin onlar yalnız “Barselona”nın maliyyə məsələsində “Leypsiq”lə anlaşmaması halında təmasa keçə biləcək. Çünki Olmo özü yetirməsi olduğu Kataloniya klubu ilə 5 illik şəxsi müqaviləni razılaşdırıb.

Qeyd edək ki, 23 yaşlı orta sahə oyunçusu “Leypsiq”ə ötən il Zaqreb “Dinamo”sundan keçib.