22:38 21-10-2021
news_image
1149
FUTBOL

“Qarabağ”dan "Kayrat"la oyunda əzmkar qələbə - YENİLƏNİB

Azərbaycanı avrokuboklarda təmsil edən yeganə komanda “Qarabağ” bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin III tur matçına çıxıb.

İlk iki görüşdə 4 xal toplayaraq H qrupuna liderlik edən Qurban Qurbanovun yetirmələri autsayderlər sırasında qərarlaşan “Kayrat”ı qəbul edib. Cari mövsüm nə Premyer Liqada, nə də avrokuboklarda məğlubiyyət üzü görən “Qarabağ” Qazaxıstan klubu önündə də bu seriyanı davam etdirib.

19-cu dəqiqədə penalti qolu ilə hesabda geri düşən ağdamlılar son dəqiqələrdə nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə də qazanıb. Əvvəlcə 79-cu dəqiqədə Ramil Şeydayev status-kvonu bərpa edib. Final fiti ərəfəsində isə Abbas Hüseynov komandamıza 3 xalı qazandıran qola imza atıb.

Əzmkar qələbə sayəsində xallarının sayını 7-yə yüksəldən “Qarabağ” liderliyini davam etdirir.

Qeyd edək ki, “Qarabağ” IV tur çərçivəsində “Kayrat”la noyabrın 4-də Qazaxıstanda üz-üzə gələcək.

Konfrans Liqası
H qrupu, III tur
21 oktyabr
20:45. “Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) - 2:1

Qollar: Ramil Şeydayev, 79, Abbas Hüseynov, 90+1 - Joze Kante, 19 (pen.)
Baş hakim: Yevgeni Aranovski (Ukrayna)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“Kayrat”: 1. Stas Pokatilov (k), 20. Rade Duqalyiç, 4. Nurali Alip, 15. Maki Banyak, 11. Yan Veroqovski, 24. Dino Mikanoviç, 33. Denis Polyakov, 16. Rikardo Alveş, 22. Neboyşa Kosovaç, 25. Joao Paulo, 18. Joze Kante
Ehtiyat oyunçular: 72. Temirlan Anarbekov, 3. Sergey Keyler, 6. Yatsek Qoralski, 7. Quljiqit Alıkulov, 8. Aybol Abiken, 9. Vaqner Lav, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 29. Daniyar Ussenov, 46. Arsen Burançiyev
Baş məşqçi: Kurban Berdıyev
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

1

Qarabağ

3

2

1

0

6-2

7

2

Bazel

2

1

1

0

4-2

4

3

Kayrat

3

0

1

2

3-6

1

4

Omoniya

2

0

1

1

1-4

1