18:47 20-10-2021
news_image
250
FUTBOL

Denis Polyakov: "Qarabağ" yaxşı təşkilatlanıb"

"Qarabağ" təcrübəli komandadır. Sabahkı oyundan sonra Almatıya müsbət nəticə ilə qayıtmaq istəyirik".

Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Denis Polyakov Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin lll tur oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı belaruslu müdafiəçi bildirib ki, futbol komanda oyunudur: "Rəqibin yaxşı hücum xəttinə malik olduğunu bilirik. "Qarabağ" yaxşı təşkilatlanmış kollektivdir".