10:13 21-10-2021
news_image
91
FUTBOL

İlklər, darmadağınlar, tarixə düşənlər – ÇL-də turun yekunu

Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin III turu geridə qalıbsa, Avropa Liqasında (AL) bir oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünən baş tutan qarşılaşmalardan sonra diqqət çəkən statistik göstəriciləri açıqlayıb.

- “Atalanta” ÇL matçının ilk yarım saatında “Old Trafford”da 2 qol vuran ikinci səfər komandasıdır. İlk dəfə 2012-ci ilin oktyabrında “Braqa” bunu bacarıb. Hər iki görüşdə “Mançester Yunayted” 3:2 hesablı qələbə qazanıb.

- “Mançester Yunayted” Çempionlar Liqasında qalib gəldiyi son 3 oyunda 2 və daha çox qol vurub. İndiyə qədər yalnız “Arsenal” bunu bacarmışdı.

- “Barselona”nın vitse-kapitanı Jerar Pike Kiyev “Dinamo”su üzərində 1:0 hesabı ilə qalib gəldikləri görüşdə Çempionlar Liqası tarixində ən çox qol vuran müdafiəçi rekordunu təkrarlayıb. O, 16 qolla rekordçu Roberto Karlosa çatıb. Serxio Ramos onları 15 topla onları izləyir.

- Jerar Pike həm də “Barselona”nın bu turnirdəki ən yaşlı qolçusu olub. İspaniyalı 34 yaş 260 günlüyündə fərqlənib. O, Silvinyo (34 yaş 241 gün) və Henrik Larssonu (34 yaş 63 gün) geridə qoyub.

- Bu oyunu “Nou Kamp”da cəmi 45 min 968 tamaşaçı izləyib. Bu, 2011-ci il dekabrın 6-dan (BATE – 37 min 374 tamaşaçı) bəri “Barselona”nın stadionunda ÇL matçında ən az azarkeş sayıdır.

- “Yanq Boyz”la görüş günü 19 yaşı tamam olan “Vilyarreal”ın üzvü Yeremi Pino (4:1) Çempionlar Liqası tarixində ad günündə qol vuran ən gənc oyunçudur. Dimitri Oberlin və Kristian Pulişiç 20 yaşlarında qol vurublar.

- “Benfika” tarixində ikinci dəfə avrokuboklarda öz meydanında 4 top fərqi ilə (“Bavariya” – 0:4) məğlub olub. İlk belə hal 1966-cı il martın 9-da (Çempionlar Kuboku) yaşanıb – “Mançester Yunayted”ə evdə 1:5 hesabı ilə uduzaraq.

“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo “Malmö” ilə qarşılaşmada (4:0) iki fərqli qapıçıya penaltidən qol vurub. ÇL-də ilk dəfə “Sparta”nın müdafiəçisi Vladimir Labant 1999-cu ildə “Villem”lə görüşdə (4:3) bunu reallaşdırıb. Jorjinyo isə ikinci belə oyunçudur.

- Jorjinyo eyni zamanda yalnız penaltidən fərqlənən futbolçular arasında ən çox qol vurmaqla Çempionlar Liqası rekorduna sahibdir (6). O, slovakiyalı Vladimir Labantı (5) geridə qoymayıb bacarıb.

- Avropa Liqasında Moskva “Spartak”ı ilə görüşdə 4 qol vuran hücumçu Patson Daka son 63 il ərzində bütün turnirlərdə poker edən ilk “Lester”lidir. İlk dəfə 1958-ci ilin noyabrında Derek Hines “Aston Villa” ilə qarşılaşmada 4 dəfə fərqlənib.

- Daka həmçinin Yakob Mulenqadan sonra avrokuboklarda 3 və daha çox qol vuran ikinci zambiyalıdır. Mulenqa 2013-cü il iyulun 25-də “Utrext”in heyətində het-trik edib.