11:18 21-10-2021
news_image
180
FUTBOL

“Qarabağ” – “Kayrat”: Kim qalib gələcək?

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçisi “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində keçirəcəyi üçüncü matçının da favoritini müəyyənləşdirib.

“Qarabağ” Bakıda “Kayrat”la qarşılaşmanın güclüsü hesab edilir. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçda Ağdam təmsilçisinin qələbəsi 1,66, rəqibin uğuru 5,35 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,76 əmsal verilib.

Qeyd edək ki, “Qarabağ”ın oyunu Bakı vaxtı ilə saat 20:45-da başlayacaq.