11:39 21-10-2021
news_image
107
FUTBOL

Sulşerlə yubiley qolu

Çempionlar Liqasının III turunda “Atalanta” ilə qarşılaşan “Mançester Yunayted” 3:2 hesablı əzmkar qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın matçda ilk qolu yubileylə əlamətdar olub.

Markus Reşford 53-cü dəqiqədə fərqi minimuma endirməklə yanaşı, Ole-Qunnar Sulşerin rəhbərliyi altında “Mançester Yunayted”in 300-cü qolunun müəllifi olub. Qalan dəqiqələrdə isə daha iki dəfə fərqlənən “mankunianlar” matçdan 3 xalla ayrılıb.

Qeyd edək ki, “Mançester Yunayted” 3 turdan sonra 6 xalla F qrupuna başçılıq edir.