16:22 21-10-2021
news_image
142
FUTBOL

“Mançester Yunayted”in gözü “Barselona”nın müdafiəçisində

“Barselona”nın müdafiəçisi Jordi Alba tezliklə komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvünün İngiltərəyə köçmək variantı yaranıb.

32 yaşlı sol cinah oyunçusunu “Mançester Yunayted” transfer etməyi planlaşdırır. “Qırmızı şeytanlar” qış və ya yay fasiləsində bu keçidi reallaşdırmaq niyyətindədir. Həmçinin kataloniyalılar da sərfəli təklif qarşılığında Albanı satmağa hazırdır. La Liqa təmsilçisi hətta indidən müdafiənin sol cinahı üçün axtarışlara başlayıb.

Qeyd edək ki, Jordi Alba bu mövsüm 6 oyunda 2 məhsuldar ötürmə verib.