16:46 21-10-2021
news_image
532
FUTBOL

105 milyona gəldi, pulsuz gedir

“Barselona”nın yarımmüdafiəçisi Usman Dembele özünə yeni komanda tapıb.

Apasport.az saytının Britaniya İspaniya mətbuatına istinadən məlumatına görə, 24 yaşlı hücumameyilli oyunçu “Nyukasl”la anlaşmaq üzrədir.

Mövsümün sonunda transferlər üçün yüksək məbləğ ayıracaq Premyer Liqa təmsilçisinin yeni sahibləri Dembeleni azad agent kimi heyətə qatmağa çalışır. “Barselona”nın yeni 3 illik müqavilə təklifini rədd edən Fransa millisinin üzvü “sağsağanlar”la 5 illik sözləşməni müzakirə edir. Anlaşma əldə olunarsa, Dembele “Nyukasl”da illik 15 milyon avro maaş qazanacaq. Futbolçu eyni zamanda 15 milyon avroluq bonus da tələb edib.

Qeyd edək ki, “Barselona”ya 2017-ci ildə Dortmund “Borussiya”sından 105 milyon avroya keçən Usman Dembele ispanların heyətində keçirdiyi 118 oyunda 30 qol vurub.