15:00 21-10-2021
news_image
113
FUTBOL

Avropa Liqasının bir oyununda 4 və daha çox qol vuranlar - ADLAR

Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən ilk oyun “Lester”in hücumçusu Patson Dakanın şousu ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, komandasının Moskva “Spartak”ı ilə səfər matçında 0:2 hesabı ilə geridə düşməsinə baxmayaraq, pokerə imza atan 23 yaşlı forvard qələbənin memarı olub.

Daka turnirin Avropa Liqası adlandırıldığı 2009-cu ildən bəri bir görüşdə 4 və daha çox qol vuran 5-ci oyunçu kimi tarixə düşüb. Zambiyalının rekordu təkrarlamasına isə 1 topu çatmayıb.

Avropa Liqasının bir oyununda 4 və daha çox qol vuran futbolçular...

1. Aritz Aduriz (“Atletik”) - 5 qol
2017-ci il, qrup mərhələsi. “Genk” – 5:3

2. Radamel Falkao (“Porto”) - 4 qol
2011-ci il, yarımfinal. “Vilyarreal” – 5:1

3. Edinson Kavani (“Napoli”) - 4 qol
2012-ci il, qrup mərhələsi. “Dnepr” – 4:2

4. Villian Joze (“Real Sosyedad”) - 4 qol
2017-ci il, qrup mərhələsi. “Vardar” – 6:0

5. Patson Daka - 4 qol
2021-ci il, qrup mərhələsi. “Spartak” (Moskva) – 4:3