17:49 21-10-2021
news_image
724
FUTBOL

"Sabah" baş məşqçisini istefaya göndərdi

“Sabah” baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Bildirilib ki, mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

Quliyev bu ilin mart ayından “Sabah”ın baş məşqçisi idi.

Qeyd edək ki, "Sabah" bu mövsüm keçirdiyi 7 oyunda cəmi 1 xal toplayıb.