22:39 21-10-2021
news_image
195
FUTBOL

“Fənərbaxça” üstünlüyünü qoruya bilmədi

Avropa Liqasında qrup mərhələsinin III turu davam edir.

Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan “Fənərbaxça” ev matçına çıxıb.

Türkiyə təmsilçisi ilk iki turda xal üzü görməyən “Antverpen”i qəbul edib. Belçikalıların erkən qolla hesabı açdığı görüşdə Enner Valensiya dubla imza ataraq, “sarı-lacivərdlilər”i önə keçirib. Lakin komanda üstünlüyünü qoruya bilməyib. Valensiyanın 37-ci dəqiqədə penaltidən yararlana bilmədiyi görüşdə qollu bərabərlik qeydə alınıb.

Bu, “Antverpen”ə qrupda ilk xalı qazandırıbsa, “Fənərbaxça” aktivindəki 2 xalla 3-cü yerdə qərarlaşır.

Avropa Liqası
D qrupu, III tur
“Fənərbaxça” – “Antverpen” – 2:2

Valensiya, 21, 45 – Samatta, 2, Gerkens, 62